• (+994 12) 432-15-05; 511-35-60
  • [email protected]
  • Bakı şəh, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 78E

Biz Kimik?

  • You are here
  • Home
  • Biz Kimik?
"Metafor" MMC 2006-cı ildə yaradılmışdı. Qısa müddət ərzində şirkət istilik sistemləri, kondisioner və havalandırma sistemləri, su təchizatı, kanalizasiya sistemləri, yanğın söndürmə sektorunda satış və xidmət üzrə kiçik və böyük ofislərə, ticarət müəssisələrinə, təhsil və mədəniyyət müəssisələrinə, klinikalara, sənaye istehsalı texnologiyalarına, şəxsi evlərə və fərdi mənzillərə xidmət göstərməyə başladı. Qazandığı təcrübə ilə bütün Azərbaycan daxilində bu sektorun irəlidə gedən firmasına çevrildi.
Şirkətin yaranmasının əsas məqsədi kəmiyyət olaraq kifayət qədər dolu olan bazara keyfiyyət amilini artırmaq, məhsulların bazarda inkişafı və təkmilləşdirilməsi, Azərbaycan bazarına müassir dünya standartlarına cavab verən istilik, havalandırma, kondisioner, ventilasiya, kanalizasiya sistemləri, su təchizatı, yanğın söndürmə sistəmləri və avadanlıqlarının çatdırılması, həmçinin müştərilərə satış və servis xidmətlərinin münasib qiymətlər üzrə göstərilməsidir. Müştərilərimizə keyfiyyətli və rəqabətə davamlı məhsul təqdim etmək üçün məhsullarımızı istehsalçısı olan ölkələrin arasından ən qabaqcılını seçirik.
Biz Yaponiya, İsveçrə, Amaniya, Rusiya, İtaliya, Danimarka, Türkiyə və digər avropa ölkələri ilə əməkdaşlıq edərək həmin ölkələrin istilik, havalandırma, kondisioner, su təchizatı və kanalizasiya sistəmləri və avandanlıqları sahəsində tanınmış firmaların məhsullarını və bütün aksesuarlarının topdan və pərakəndə satışını təşkil edirik. Şirkət olaraq yuxarıda adı çəkilən ölkələrin öndə gələn firmalarının rəsmi distribütoru olmağa haqq qazanmışıq və onları ölkəmizdə layiqincə təmsil edirik. Daikin, Tyco, ViessMann, Rifing, Hidria, Wilo, Grundfos, Wolf, Sauter, Danfos, Siemens, Systemair, Oventrop kimi firmaların sertifikatına sahibik. Şirkətimizdə yüksək ixtisaslı mütəxəsislər işləyirlər və bizim mütəxəsislər tədris mərkəzlərində xüsusi kurslar keçib və sertifikatlar alıblar.
“Metafor MMC”-nin müştəriləri dövlət, ticarət və hökümət obyektləri, həmçinin böyük mehmanxanalar, idman kompleksləri, iş mərkəzləri, xəstəxanalar və banklardır. Qüsursuz iş sistemi ilə satış sonrası, müştərilərimizi mərhələ mərhələ izləyərək, yerində və zamanında xidmət anlayışı və dəqiqliyi ilə müştəri məmnuniyyətini hər zaman ön planda tutmuşuq. Şirkət olaraq evlərin və obyektlərin həcminə görə istilik hesabatlarının aparılması, nəmişlik dərəcəsindən asılı olaraq istilik itkilərinin hesabatının aparılması, sistemin yığılması zamanı təcrübəli ustaların sizə yönləndirilməsi və bu kimi digər xidmətləri ilə sizin xidmətinizdədir.
Biz uzun illərdir əməkdaşlıq etdiyimiz Yaponiyanın, İsveçrənin, Amaniyanın, Rusiyanın, İtaliyanın, Danimarkanın, Türkiyənin ən keyfiyyətli Avropa məhsullarını Azərbaycan şəraitinə uyğunlaşdırılmış (işıq, su, qaz) formada ölkəmizə gətirib müştərilərimizə təqdim edir və alınan bütün məhsullara zəmanət veririk. Şirkətimiz müştərilərinə Avropanın tanınmış brendlərinin məhsullarını geniş çeşiddə təklif edə bildiyinə görə yeni sifarişlərin tez bir zamanda müştəriyə çatdırılmasına görə rəqiblərini daim qabaqlayır. Bununla əlaqədar olaraq artan bu tələbə yüksək səviyədə cavab verən firmalardan biri olduğumuzu düşünməkdəyik.