• (+994 12) 432-15-05; 511-35-60
  • [email protected]
  • Bakı şəh, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 78E

Qara Metal Hava Kanalı

  • You are here
  • Home
  • Qara Metal Hava Kanalı
Siyah_DKP

Qaynaqlı havalandırma boruları

Şəkilli birləşmə detalları, dəyirmi və dördkünc  kəsiykli  qaynaqlı havalandırma boruları az karbonlu polad vərəqələrdən (saclardan) hazırlanır. Qara poladdan hazırlanan qaynaqlı havalandırma borularının emalında  yarı avtomatlaşdırılmış qaynaq üsülundan istifadə olunur.
Flanş birləşmələrindən olan havalandırma borularının üzərinə oda davamlı astar qat çəkilir. Qaynaqlı havalandırma boruları əsasən tüstüqovucu, aspirasiya, pnevmo nəqliyyat sistemləri və mülki müdafiə binalarında  istifadə  edilir.
1,2 mm – 3 mm arası qalınlaqlarda Qara polad vərəqələrdən qaynaqlı olaraq emalat edilməklə Sizin istəyinizə uyqun uzunluqları 1000 mm – 1500 mm intervalinda ola bilər.
Vent MMC müxtəlif bina və qurğularda havalandırma sisteminin tətbiq edilməsi üçün qeniş spektrli məhsulların istehsalı və quraşdırılmasını təmin edir. Həmçinin şirkətimizin peşəkar mütəxəssisləri zərurət yarandıqda konsultasiya və praktiki yardim xidmətini göstərə bilir.
Bizim məhsullar, o cümlədən qaynaqlı havalandırma boruları beynəlxalq standartların tələblərinə tam olaraq cavab verir.
Sifariş olduqda qaynaqlı havalandırma boruları və məmulatlar soyuq və isti qalvanizə edilir.
Qalvaniz örtüyü dəmirin buxar və turşu qazlarının bol olduğu sənaye şəraitində korroziyadan uzunmüddətli qorunmasını təmin edir. Bu ortük həmçinin müxtəlif yağlara, dəniz suyuna, neft və neft məhsularına qarşı da dayanıqlıdır.